Ali təhsil müəssisələrində maarifləndirmə xarakterli teatr tamaşası nümayiş olunacaq

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ına müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşasının cari ilin mart ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət, Azərbaycan Tibb, Xarici Dillər, Slavyan, Pedaqoji, İqtisad və Texniki Universitetlərində nümayiş olunması nəzərdə tutulur.

   Eyni zamanda tədbirlər çərçivəsində iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün hazırlanmış metodik materiallar və o cümlədən digər zəruri çap məhsulları paylanılacaq.




Baxılıb: 1370