Narkotiksiz həyat öz əlinizdədir!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərancamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağdaş Rayon Komissiyasının tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən rayon ərazisində narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkili təmin olunmuş, narkotik və psixotrop maddələrin qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, narkomanlığa qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işləri həyata keçirilmişdir.

Komissiya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə rayon Polis şöbəsi ilə qarşılıqlı əlaqələrin qurulmasını təmin etmişdir. Rayon Polis şöbəsi ilə birgə ümumtəhsil məktəblərində yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün müxtəlif mövzularda ictimai təşkilatların iştirakı ilə monitorinqlər keçirilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağdaş Rayon Komissiyanın təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə rayon ictimaiyyəti, yerli hüquq-mühafizə orqanları, gəncləri və qeyri hökümət təşkilatlarını təmsil edən nümayəndələrin iştirakı ilə “Narkotiklərə qarşı təbliğat”, “Sağlam cəmiyyətə doğru”, “Narkomaniyaya qarşı mübarizənin artırılmasında gənclərin rolu” və s. mövzularda mədəni-kütləvi aksiya və tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirlərdə narkomaniyanın fəsadlarını əks etdirən “Mayak” filmi və bir çox qısametrajlı filmlər nümayiş olunmuşdur.

2017-ci il ərzində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 30 fakt aşkar olunmuşdur. Aşkar olunmuş həmin faktlardan 19 fakt saxlama, 6 fakt satış məqsədi ilə və 5 fakt qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyası olmuşdur. Həmin faktlar üzrə ümumilikdə qanunsuz dövriyyədən 2640.41 qram qurudulmuş marixuana, 13.56 qram heroin, 21.374 qram tiryək və 809 ədəd aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 1.421.340 kiloqram yaşıl kütlə şəklində çətənə kolu aşkar edilərək çıxarılmışdır. Faktlarla bağlı 5 nəfər inzibati məsuliyyətə cəlb edilmişdir.

Ağdaş rayonunda əlaqədar dövlət qurumlarının iştirakı ilə “Xaş-xaş 2017” şərti adı altında tərtib olunmuş tədbirlər planının icrası ilə bağlı keçirilmiş tədbirlər nəticəsində Pirəzə kənd sakini Quliyev Xəyal Qürbət oğlunun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş 512 ədəd, çəkisi 996.255 kq, Aşağı Ləki kənd sakini Feyzullayev Rasim Binnət oğlunun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş 9 ədəd, çəkisi 285.28 qram, Binələr kənd sakini Tahir Səfərovun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş 11 ədəd, çəkisi 2.170 qram, Ağdaş şəhər sakini Hüseynov Cavanşir Muxtar oğlunun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş 1 ədəd, çəkisi 81.25 qram, Ağzıbir kənd sakini Cabir Şahmuradov tərəfindən meşəlik ərazidə aqrotexniki qaydada qulluq olunmuş 260 ədəd, çəkisi 422.645 kq, Pirəzə kənd sakini

Eminov Məhəmmədiyə Xəlil oğlunun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş 17 ədəd, çəkisi 207 kq və Ağdaş şəhər sakini Eldar Sadıqovun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş 2 ədəd, çəkisi 190 qram çətənə kolu aşkar olunaraq dövriyyədən çıxarılmışdır.

İl ərzində rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyaya rayon Polis şöbəsindən və rayon İcra bölməsindən maddi sübut kimi saxlanılan narkotik maddələrin yandırılaraq məhv edilməsi məqsədilə 22 məktub daxil olmuşdur. Komissiya üzvlərinin iştirakı ilə narkotik maddələr rayon Polis şöbəsinin həyətində yandırılaraq məhv edilmiş və bu barədə akt tərtib edilmişdir.

Bundan əlavə, “Xaş-xaş 2017” şərti adı altında tərtib olunmuş tədbirlər planının icrası ilə bağlı rayon Polis şöbəsi ilə birgə keçirilmiş tədbirlər nəticəsində rayonun Yenicə kəndi ərazisində 912 ədəd, 1572 kq, Araliki kəndi ərazisində 660 ədəd, 1052 kq çəkidə və Cardam kənd sakini Hüseyn Xəlilovun həyətyanı sahəsindən 2 ədəd ədəd yabanı halda yetişmiş çətənə kolları aşkar edilərək kütləvi informasiya vasitələrinin iştirakı ilə yandırılma yolu ilə məhv edilmişdir. Rayon ərazisində yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edildiyi ərazilər diqqətdə saxlanılır və “Xaş-xaş” şərti adı altında keçirilən tədbirlər tərəfimizdən gələcəkdə də davam etdiriləcəkdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində rayon Polis şöbəsi ilə sıx əməkdaşlıq qurulmuşdur və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağdaş Rayon Komissiyası bütün imkanlardan istifadə etməklə bu sahədə işləri davam etdirəcək.

İsmayıl Yusifzadə,

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra
Hakimiyyəti nəzdində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri,




Baxılıb: 1682