İctimai maarifləndirmə tədbirlərin əhatəsi genişləndirilməkdədir

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişinə uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin aprel ayı ərzində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda Şəki, Qax, Qəbələ, Oğuz, Zaqatala, Balakən, Ağsu, Qobustan şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
     Eyni zamanda tədbirlər çərçivəsində iştirakçılara zəruri təbliğat materiallarının paylanması təmin olunacaq.




Baxılıb: 1171