“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun və Ədliyyə Nazirliyi Penitensiar xidmətin birgə əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 10 ədəd sosial lövhənin cəzaçəkmə müəssisələrində quraşdırılması təmin edilmişdir.