Cəmiyyətin “sosial bəlası”

XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməyib. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunan konvensiyalara, sazişlərə qoşulmuşdur. 

Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz  Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdı.

Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı və digər fərmanlar və sərəncamları,  normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirib. Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılan Dövlət Komissiyası və ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan verib.

Qax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları da öz növbəsində  narkotiklə bağlı hüquqpozmaların təhlükəliliyini nəzərə alaraq onunla mübarizənin həlli yollarını daima diqqət mərkəzində saxlamış, təşkilati profilaktiki və əməliyyat-axtarış tədbirləri həyata keçiriliblər.

Qeyd olunanları nəzərə alaraq, Qax rayon ərazisində narkotiklərlə mübarizənin gücləndirilməsi və bununla bağlı təsdiq edilmiş sözügedən Dövlət Proqramının yerinə yetirilməsi məqsədi ilə əlavə tədbirlər müəyyən edilərək, plan tərtib olunmuş, RPŞ-nin rəhbərliyi tərəfindən təsdiq olunmuş və həmin plan əsasında aşağıdakı tədbirlər həyata keçirilib:

-Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar təhqiqat və məhkəmə orqanlarından yayınan şəxslərin tapılıb tutulması təmin olunub. Yabanı şəkildə bitmiş, qanunsuz əkilib becərilən narkotik xassəli bitkilərin aşkar edilib məhv edilməsi məqsədilə qabaqlayıcı profilaktiki və əməliyyat tədbirləri həyata keçirilib.

-Tərtib olunmuş tədbirlər planına uyğun narkotiklə bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanların oxuduqları təhsil müəssisələri, yerli icra hakimiyyəti və bələdiyyə orqanları şöbənin NMQ-nun və YYÇ-la profilaktiki işin təşkili qrupunun əmakdaşlar ilə mütəmadi görüşləri keçirilmiş, gənclərlə görüş zamanı antinarkotik təbliğatlar aparılmış, disputlar keçirilib.

-Qax rayonu Marsan kəndi tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya əsrin bəlası” mövzusunda tədbir keçirilib, şagirdlərin suallarına ətraflı cavablar verilib.

-Qax rayonu Qıpçaq kəndi tam orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya bəladır” mövzusunda tədbir keçirilib.

-Qax rayonu Qaxingiloy kəndi tam orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

- Qax şəhəri D.Əliyeva adına 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya və pis vərdişlər qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

- Narkotik maddələrin psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsinin vəziyyəti öyrənilmiş, narkotik vasitənin Qax rayonu və Respublika ərazisində yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gücləndirilib. Tədbirlər nəticəsində 2017-ci ilin müvafiq dövründə Qax RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində 13350 ədəd kol, çəkisi 4103kq yabanı halda narkotik tərkibli çətənə kolları aşkar edilərək yandırma yolu ilə məhv edilib.

-2017-ci il  ərzində Qax rayonu ərazisində narkotiklərlə mübarizə sahəsində 13 cinayət faktı aşkar olunmuşdur. Bu cinayətlərdən 6 fakt qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, 3 fakt narkotik vasitələrin satışı, 4 fakt isə qanunsuz  narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə bağlı olub, qanunsuz dövriyyədən 540,93 qr qurudulmuş marixuana, 2381,42 qurudulmamış marixuana və 383 ədəd çətənə kolları çıxarılıb.

Həyata keçirilən mübarizə tədbirlərinin davamı olaraq 2018-ci ilin müvafiq dövrü   ərzində  Qax RPŞ-nin əməkdaşları tərəfindən müvafiq işlər görülüb, müəyyən nəticələr əldə olunub. Belə ki, Qax rayonu ərazisində narkotiklərlə mübarizə sahəsində 7 cinayət faktı aşkar olunub. Bu cinayətlərdən 4 fakt qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, 3 fakt narkotik vasitələrin satışı ilə bağlı olub, qanunsuz dövriyyədən 233 qram qurudulmuş marixuana çıxarılıb.

Həmçinin narkotikdən sui-istifadə edən şəxslərin aşkar olunması, könüllülük prinsipləri əsasında müalicəsi, sağlam həyat tərzinə qayıtması işinin genişləndirilməsi və gücləndirilməsi üçün Qax RMX-nin tibb işçiləri ilə əlaqəli tədbirlər keçirilir. Belə ki, Qax RMX-nin narkoloji kabinetilə birgə aparılmış təhlillər zamanı müəyyən olunub ki, hazırda narkoloji kabinetdə “narkoman” diaqnozu ilə 32 nəfər qeydiyyatdadır. 37 nəfər isə profilaktiki qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər ətrafında daima həm profilaktiki, həm əməliyyat tədbirləri həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olan narkomaniyaya qarşı mübarizə tədbirlərinin icrası Qax RPŞ-nin əməkdaşları tərəfindən tam məsuliyyətlə davam etdirilir və şöbə rəhbərliyi bu işə nəzarəti daha da gücləndirib.

Qoşqar İsgəndərov,

Qax RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı




Baxılıb: 1584