26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik rayonunda tədbir keçirilib.

    Rayon komissiyasının təşkilatçılığı ilə 22 iyun 2018-ci ildə “26 iyun - BMT-nin Narkotiklə Mübarizə Günü” ilə əlaqədar yeniyetmə, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Narkotiklərə Yox deyək!”devizi altında maarifləndirici tədbir keçirilmişdir.

  Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Araz Quliyev, rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın  məsləhətçi-psixoloqu Babaxan Rufullayev, rayon   gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, mərkəzi xəstəxananın baş həkiminin müavini Əfrail Ağayev, rayon polis şöbəsinin azyaşlılarla iş üzrə inspektoru Anar Kərimov, təhsil şöbəsinin əməkdaşı Mehman Rəcəbov çıxış edərək yeniyetmə və gənclərə narkomanlığın, hepatit, QİÇS və s. kimi təhlükəli xəstəliklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi bəlalar, cəmiyyətə və ailəyə vurduğu ziyanlar barədə məlumat vermiş,  yeniyetmə və gənclər rayon təşkilatlarının tədbir və kompaniyalarında fəal iştiraka dəvət olunmuşlar. İştirakçılara maarifləndirici buklet – kitabçalar paylanmışdır.




Baxılıb: 1547