26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayıllı rayonunda tədbir keçirilib.

    26 iyun BMT-nin  “Narkotiklərlə  Mübarizə Günü” ilə əlaqədar İsmayıllı şəhər 4 saylı məktəbdə “ Gəlin narkomanlığa birlikdə yox deyək”  devizi altında tədbir keçirilmişdir.

  Tədbiri giriş sözü iləİsmayıllıRİH başçısı aparatı Hüquq  şöbəsinin müdiri Pakizə Abbasova açmışdır. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov, məktəbin direktoru Şəbnəm Osmanlı, direktor müavini  Oktay Nəzirov, şagird  Elman Cənnətəliyev mövzu ilə əlaqədar fikirlərini bildirmişlər. Tədbirdə şagirdlərə “Özünə inan,həyatı sev narkotiklərə yox de! “ devizi altında bukletlər, narkomaniyanın törətdiyi fəsadlar barədə maarifləndirici video çarx təqdim olunmuşdur.  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.




Baxılıb: 1096