26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Səbail rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar  Səbail rayon İcra Hakimiyyəti Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə cari ilin 22 iyun tarixində  rayon icra hakimiyyətinin akt zalında maarifləndirmə xarakterli tədbir keçirmişdir.

 Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, rayon gənclər idarəsinin əməkdaşları, veteranlar, din xadimləri, müəllim və psixoloqlar iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. 




Baxılıb: 2611