“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, 1000-ə yaxın yeniyetmə və gənclər arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və aidiyyəti qeyri-hökümət təşkilatınının iştirakı ilə Bakı şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında keçirilmiş sosial sorğunun nəticələrini özündə əks etdirən jurnal çap edilmişdir.
Sorğunun məqsədi narkotik vasitələr, psixotrop maddələr və siqaretin yeniyetmə və gənclər tərəfindən əldə olunmasının mümkünlüyü, istifadəsi, bu kimi halların yayılma dərəcəsi, eyni zamanda yeniyetmə və gənclərin ətrafında narkotik vasitələr, psixotrop maddələr və siqaretdən istifadə edənlərin yayılma dərəcəsi, onlarla təmasın xüsusiyyətləri, təsir altına düşmə risk amilləri, yaxın sosial çevrədə, ailədə mövcud risk amilləri və sair bu kimi epidemioloji göstəricilərdən ibarətdir.