Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin 21 iyul tarixində rayonunun Qırlı kəndi ərazisində hər birinin çəkisi 700 qr olmaqla 4800 ədəd, ümumi çəkisi 3 ton 336 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.