2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

2019-cu ilin 3 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1113 fakt aşkar edilmişdir ki, onlardan 335-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 749-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1ton015 kq 666,163 qr müxtəlif növ narkotik vasitələr, 10516 ədəd psixotrop maddə və o cümlədən 1240 ədədçətənə kolu müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 291 kq 546,555 qr marixuana(28,6%), 103 kq 746,181 qr tiryək (10,1%), 548 kq 110,938 qr heroin (54,%), 8 kq 835,876 qr həşiş (0,7%), 63 kq 426,613 qr psixotrop maddələr və digərləri (6,2%) təşkil etmişdir.

Cinayət məsuliyyətinə 636 nəfər cəlb edilmişdir ki, onlardan 2-si 18 yaşadək, 46-sı 18-25 yaşadək, 98-i 26-29 yaşadək, 493-ü 30 yaşdan yuxarı, o cümlədən 70-i fəhlə,1-i qulluqçu, 1-i maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 148-i əvvələr cinayət törədmişlər, 1-i əvvəllər xüsusi qeydiyatda olan, 424-ü işləməyənlər, 625-i kişilər, 11-i qadın olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 17 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 2-si Rusiya Federasiyası 10-u İran İslam Respublikası, 3-ü Gürcüstan, 1-i Türkiyə, 1-i isə Ukrayna Respublikasının vətəndaşı olmuşdur.




Baxılıb: 1553