Narkomanlığın ziyanı ilə bağlı SMS maarifləndirmə işi həyata keçirilir

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən, ictimai maarifləndirmə tədbirləri çərçivəsində narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Dövlət Komissiyasının və Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı ilə müasir informasiya texnologiyayalarının imkanlarından istifadə etməklə sms maarifləndirmə işi həyata keçirilir.                                                                               

  Belə ki, “Azercell Telekom MMC” mobil rabitə operatoru tərəfindən zəruri bildiriş (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) cari ilin 09 iyul tarixindən etibarən SMS vasitəsilə abunəçilərə göndərilməsinə başlanılıb.                                                                                         

                                                                         




Baxılıb: 1357