Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Başkənd adlanan ərazisində 2116 ədəd, ümumi çəkisi 916 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.