Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında maarifləndirmə tədbiri keçirilib

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinin icrası ilə əlaqədarcari ilin 14 noyabr tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayındahəqiqi hərbi xidmət keçənlər arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə maarifləndirmə tədbiri keçirilib.

    Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü olan Azərbaycan milli qeyri-hökümət təşkilatları forumunun prezidenti, Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və digər işçiləri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri  iştirakçılar  arasında paylanılmışdır.




Baxılıb: 1451