Dövlət Proqramının icrası ilə bağlı şəhər və rayonlarda maarifləndirmə tədbirləri keçiriləcək.

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi və o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədi ilə cari ilin noyabr ayı ərzində bir sıra şəhər və rayonlarda silsilə tədbirlər keçiriləcək.

  Maarifləndirmə xarakterli tədbirlər Dövlət Komissiyasının İşçi Qrupu ilə Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Qəbələ, Zaqatala, Balakən şəhər və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

  Eyni zamanda tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılara paylanılması təmin olunacaq.




Baxılıb: 1080