Dövlət Sərhəd Xidməti tərəfindən 3 ton 300 kq çətənə kolları məhv edilib

   Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində rejim qaydalarına riayət olunması üzrə həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə yabanı halda bitmiş çətənə kollarının aşkar edilərək məhv edilməsi prosesi həyata keçirilmişdir.

    30 may tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti sahəsində Zaqatala rayonunun Danaçı kəndinin sərhəd xəttinə yaxın olan ərazisində yabanı halda bitmiş narkotik xassəli 7425 ədəd ümumi çəkisi 3300 kiloqram çətənə kolları Zaqatala rayon polis şöbəsi əməkdaşlarının, ərazi nümayəndəliklərinin iştirakı ilə  birgə toplanılaraq, akt tərtib olunmuş və yandırılma yolu ilə məhv edilmişdir.




Baxılıb: 795