2020-ci ilin 5 ayı ərzində ölkə üzrə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2020-ci ilin5 ayı ərzində ölkə üzrə  narkotik  vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təhlil edilərək ümumiləşdirilmişdir.

     Təhlil zamanı müəyyən edilmişdir ki, cari ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2435 fakt aşkar edilmişdir ki, onlardan 918-i narkotik vasitələrin qanunsuz satışı, 1402-si qanunsuz əldə edilib saxlanılması, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 35-i isə digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 364 kq 100,2 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

      Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 151,8 qramını marixuana (24,6%), 160 kq 694,7 qramını tiryək (11,8%), 753 kq 388,1 qramını heroin (55,3%), 18 kq 877,6 qramını həşiş (1,4%), 94 kq 594,4 qramını psixotrop maddələr və digərləri (6,9%) təşkil etmişdir.

       Aidiyyəti qurumlar tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə yaş kütləsi 15 ton 263 kq  olan 54 min 537 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər aşkar edilərək müvafiq qaydada məhv edilmişdir. Yaş kütləsi 491 kq 300 qr  çətənə, 1 kq  700 qr xaş-xaş  narkotik tərkibli bitkiləri narkotik xassəli çətənə və xaş-xaş bitkiləri müəyyən edilərək prosessual tədbirlər görülməsi üçün istintaq orqanlarına verilmişdir.

      Cinayət məsuliyyətinə 1435 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaş 122 nəfər, 26-29 yaş 250 nəfər, 30 yaşdan yuxarı isə 1059 nəfər təşkil edir.  Məsuliyyətə cəlb olunanlardan 54 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 2-si kənd təsərrüfatı işçisi, 395-i əvəllər cinayət törətmişlər, 7-si əvvəllər xüsusi qeydiyyatda olan, 961-i işləməyən, 1398-i kişilər, 37-si qadın, 42 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 25-i  İran İslam Respublikası, 10-u Rusiya Federasiyası, 6-sı Gürcüstan və 1-i isə Pakistanın vətəndaşıdır. 

     Ümumulikdə hüquq  mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 115-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 636 kq  müxtəlif növ narkotik vasitələr çıxarılmışdır.

      Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 178-i qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 429,7 kq narkotik vasitə və 43 kq psixotrop maddə müsadirə edilmişdir.

    Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış 1 ton 364 kq 100,2 qr narkotik vasitənin 336 kiloqramını (24,6%) yüngül təsirə malik olan marixuana təşkil etmişdir.

       Təhlil göstərir ki, cari ilin 5 ayı ərzində qeydiyyata alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 325 fakt, qanunsuz döriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 54,7 kq,qrup şəklində törədilmiş cinayətlərin sayı 65fakt, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 147 fakt,məsuliyyətə cəlb edilən şəxslərin sayı 234 nəfərartmış, lakin məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 43 nəfər, qaçaqmalçılıq ilə bağlı qeydə alınmış cinayətlərin sayı 49 fakt azalmışdır.

      Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 921 nəfər narkotik istifadəçisi vardır ki, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

      2020-ci ilin 5 ayı ərzində Respublika Narkoloji Mərkəzində 2054 nəfər stasionar müalicəyə qəbul olunmuşdur. Onlardan 359 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1190 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11), 13 nəfəri kannabinoidlərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları, 3 nəfəri “Sedavitlərin və yuxugətiricilərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (13), 14 nəfəri “Digər ctimulyatorların (o cümlədən kofeyinli)  qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (15), 465 nəfəri “Eyni zamanda bir neçə narkotik maddənin və psixotrop maddənin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (19) diaqnozları ilə stasionar müalicəyə qəbul olunmuşdur.

       Hesabat dövründə Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunmuşdur və ekspertizadan cəmi 1405 nəfər keçib. Onlardan 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2020-cu ilin 5 ayı ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 16 nəfərdir.

      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli  21 nömrəli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 4 məntəqədə proqram çərçivəsində 563 xəstə müalicə alır. Onlardan RNM-də 155 nəfəri, 335 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, Sumqayıt şəhər Rayonlararası Narkoloji dispanserdə 73 nəfərdir.




Baxılıb: 1722