Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 30.05.2020-ci il tarixdə rayonun Aşağı Çardaxlar kəndi ərazisində yabanı halda bitmiş 7425 ədəd, ümumi çəkisi 3 ton 322 kq və 03.06.2020-ci il tarixdə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitmiş 5348 ədəd, ümumi çəkisi 2 ton 640 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.