Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Bayramkoxa kəndi ərazisində, 4 hektar sahədən yabanı halda bitmiş 7000 ədəd, ümumi çəkisi 3 ton 900 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.