Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonunun Cəyirli kəndi ərazisində yabanı halda bitmiş 230 ədəd, ümumi çəkisi 280 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.