Narkomaniya - ölümə aparan yol...

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq Fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Bu Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr naqqında” 1961 -ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.

Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılınası hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

O cümlədən Ağcabədi rayonunda da narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə ciddi şəkildə davam etdirilir. Rayon ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ‘Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı 2014-2019-cu illər üzrə Dövlət Proqramına uyğun aparılır. Bu proqramın yerinə yetirilməsi ilə əlaqədar Ağcabədi rayonunda çox geniş tədbirlər həyata keçirilir. Rayon icra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya tərəfindən hər il rayonun səhiyyə, mədəniyyət, təhsil müəssisələrində, o cümlədən ümumtəhsil məktəblərində geniş miqyaslı silsilə tədbirlər keçirilir

26 iyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar keçirilən ümumrayon tədbirində “Əsrin bəlasf”nın, “Ağ ölüm”ün gənclərin taleyinə mənfi təsir etməsinin qarşısının alınması sahəsində rayon ictimayyətinin, təhsil işçilərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının və valideynlərin üzərinə çox böyük vəzifələr düşdüyü qeyd olunmuşdur. Həmçinin rayon Polis şöbəsinin əməkdaşları narkotik vasitələr, psıxotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə ciddi şəkildə mübarizə aparır və rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirirlər.

Belə ki. 2020-ci ilin ötən 6 ayı ərzində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayon ərazisində 60 cinayət faktı üzrə 28.3 kq qurudulmuş marixuana və 1,7 kq güçlü təsiredici maddə olan heroin polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüşdür. Eyni zamanda, həmin müddətdə narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlar barədə 14 fakt aşkar olunmuş, ümumi çəkisi 60 kq olan 103 ədəd narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülmüşdür.

Əlavə olaraq ümumi çəkisi 600 kq olan yabanı halda bitmiş çətənə kolları rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə aşkar olunaraq məhv edilmişdir. Ağcabədi rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələrin, pisixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar ardıcıl və məqsədyönlü tədbirlərin keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

Muxtar Bağırov,

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini-
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə




Baxılıb: 1249