“Narkotik sərhədsiz fəlakətdir” adlı yeni sosial çarx hazırlanıb

     “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “Narkotik sərhədsiz fəlakətdir” adlı sosial çarx hazırlanmışdır.

     Sosial rolikdə ailədaxili münasibətlər kontekstində valideyn nəzarətsizliyinin narkotik vasitələrdən istifadədə rolu təsvir olunmuşdur. Yekun olaraq video çarx “Ailəmizə və övladlarımıza dəyər verək! Narkotik sərhədsiz fəlakətdir” xəbərdaredici şüarları ilə tamamlanmışdır. Mövcud şəraitə uyğun olaraq gələcəkdə həmin video çarxın kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.




Baxılıb: 1255