Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti altında tədbirlər davam edir..

"Xaş-xaş 2020" şərti altında Qax, Qazax, Yardımlı və Zaqatala rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 4435 kq xaş-xaş və 14037 kq çətənə kolları müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 1200