MARİƏM-in iştirakçı dövlətlərinin ekspertlərinin videokonfrans formatda görüşü keçirilmişdir.

    Cari ilin 25-26-27 noyabr tarixlərində Almatı şəhərində Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndiricilər Şurasının (MƏŞ) növbəti iclasının sənəd layihələrinin hazırlanması məqsədi ilə MARİƏM-in iştirakçı dövlətlərinin ekspertlərinin videokonfrans formatda görüşü keçirilmişdir.

   Azərbaycan Respublikasını həmin görüşlərdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, MARİƏM-ə ezam edilmiş səlahiyyətli nümayəndəsi, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçı Qrupunun rəhbər  müavini təmsil еtmişlər.

    MARİƏM-ə üzv olan dövlətlərinin Milli Əlaqələndiricilər Surasını (MƏŞ) iclasında Milli Koordinatorlar Şurası sədrinin seçilməsi, həmin Şuranın gündəliyinin təsdiq edilməsi, Əfqanıstan İslam Respublikasının və Türkiyə Respublikasının MARİƏM-in yaradılması haqqında Sazişə qoşulmaları ilə bağlı müracitlərə baxılması, üzv dövlətlər arasında məxfi məlumat mübadiləsi və qorunması haqqında müqavilə layihəsinin təsdiq edilməsi, MARİƏM-in vakant olan direktor müavini vəzifəsinə təyinatı, MARİƏM-in Maliyyə Nəzarətçisinin təyin edilməsi, İran İslam Respublikasının MARİƏM-də  müşahidəçi dövlət statusu alması ilə bağlı rəsmi müraciəti, videokonfrans formatında MARİƏM-də olan boş vəzifələrin tutulması üçün müsabiqə seçiminin nəticələri  və MARİƏM-ə üzv Dövlətlərin Milli Koordinatorlar Şurasının növbəti iclasının formatı, tarixləri və yeri barədə məsələlər  müzakirə edilmişdir.




Baxılıb: 1223