Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) 63-cü sessiyasının videokonfransı keçirilmişdir

     Cari ilin 2-4 dekabr tarixlərində Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) bərpa olunan 63-cü sessiyasının hibrid formatda (NVK üzvlərinin fiziki, digər ölkələrin virtual platforma üzərindən iştirakı ilə) videokonfrans keçirilmişdir.

      Sessiyada Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin ekspertləri, Daimi Nümayəndəliklərin nümayəndələri və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı müşahidəçi qismində təmsil etmişlər.

   Narkotik Vasitələr üzrə Komissiyasının bərpa olunan 63-cü sessiyasının gündəliyindəki əsas məsələ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri  əsasında bir sıra maddələr üzrə narkotiklərə nəzarət üzrə müvafiq beynəlxalq konvensiyalarının cədvəllərində dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrin aparılmışdır.




Baxılıb: 880