Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiq edilmişdir.

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədov tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiq edilmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir.

        Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilmişdir.




Baxılıb: 1654