Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr başa çatdırıldı.

    “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cari ilin fevral və mart aylarında “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn zona seminar-müşavirələrin təşkili başa çatmışdır.

   Keçirilən seminar-müşavirələrdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Respublika Narkoloji Mərkəzin direktoru Orxan Cəfərov və Səhiyyə Nazirliyi İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırmışdırlar.

    Seminar-müşavirələrdə Bakı, Aran, Cənub, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Abşeron və Dağlıq Şirvan, Qarabağ və ətraf zonaları üzrə ümumilikdə 70-dən çox rayonun gənclər və idman idarələrinin rəisləri, Gənclər evlərinin və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin direktorları çıxış edərək bu istiqamətdə görülmüş işlər haqqında məlumat vermiş və təkliflər səsləndirmişdirlər.

     Ümumilikdə seminar-müşavirələrdə 1000-ə yaxın gənc iştirak etmişdir.




Baxılıb: 1156