Dövlət Komissiyasının İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında birgə Tədbirlər Planı imzalanıb

   Təhsil müəssisələrində anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi işinin təşkili məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Tədbirlər Planı imzalanmışdır.

   Tədbirlər Planı çərçivəsində 2021-2022 dərs ili ərzində məktəb psixoloqları üçün təlimlərin, ümumitəhsil məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Narkotiklər Haqqında Həqiqəti Öyrənək”, “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” və digər mövzularda  profilaktik tədbirlərin keçirilməsi planlaşdırılmışdır. 

   Eyni zamanda təşkil olunacaq tədbirlərə Daxili İşlər, Səhiyyə Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrinin cəlb olunması və o cümlədən Dövlət Komissiyasının İşçi Qrupu tərəfindənhazırlanmış zəruri maarifləndirici çap məhsullarının təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.




Baxılıb: 783