"Narkotik sərhədsiz fəlakətdir" mövzusunda videokonfrans şəklində tədbir keçirilib

    Cari ilin 07 aprel tarixindəAzərbaycan Texniki Universiteti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda onlayn tədbir keçirilmişdir.

   Videokonfransda çıxış edən Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov, Elm və texnika işləri üzrə prorektor İlham Pirməmmədov görüşün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Dövlət Proqramının icrası ilə əlaqədar AzTU-da müvafiq tədbirlər planı hazırlanıb və bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir.

   Daha sonra videokonfransda Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev,  AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov, universitetin SABAH qruplarının rəhbəri Aytən Sadıqova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək, narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

   Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Universitetinin və Xəzər Universitetinin nümayəndələri də  iştirak edib.




Baxılıb: 133