“Narkotiklə və narkobizneslə mübarizənin aktual problemləri” mövzusunda onlayn seminar-müşavirə təşkil olunmuşdur.

       Cari ilin 15 aprel tarixində Yasamal rayon Gənclər və İdman İdarəsinin  və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotiklə və narkobizneslə mübarizənin aktual problemləri”  mövzusunda onlayn seminar-müşavirə təşkil olunmuşdur.

       Seminar-müşavirədə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Yasamal rayon Gənclər və İdman İdarəsinin  rəisi İlham Səfərov,  Bakı şəhər Narkoloji Dispanserin baş həkimi, həkim narkoloq Qalib Məmmədov, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Elnur Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Amil Zeynalov,  İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay çıxış edərək, narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmışdır.




Baxılıb: 893