"Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" adlı vebinar görüş keçirilib

     2021-ci il 22 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə "Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" adlı vebinar görüş keçirilmişdir.

    Videokonfransda Bakı Musiqi Akademiyasının prorektoru, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri, Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqları,  50-dən çox professor-müəllim və tələbə heyəti iştirak etmişdir.

    Tədbirdə çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən aşkarlanmanın vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında müzakirələr aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

 

 




Baxılıb: 80