Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 1 ton 737 kiloqram narkotik vasitə məhv edilib

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qərarları ilə müsadirə olunmuş 1 ton 737 kiloqram müxtəlif narkotik vasitə, psixotrop maddə və onların prekursorları cari ilin 19 və 20 may tarixlərində Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.

  Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

  Ümumilikdə 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 909 kq 985 qr heroin,  516 kq 281 qr marixuana, 240 kq 285 qr tiryək, 27 kq 473 qr həşiş, 1 kq 944 qr kokain, 40 kq 312 qr -18272 ədəd psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.




Baxılıb: 143