"Narkotik asılılıq və onun fəsadları" mövzusunda videokonfrans şəklində tədbir keçirilib

    Təhsil müəssisələrində anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi işinin təşkili məqsədiilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Yasamal rayonu 53 saylı tam orta məktəbdə "Narkotik asılılıq və onun fəsadları" mövzusunda onlayn platforma üzərindən görüş keçirilmişdir.

     Tədbirdə çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən aşkarlanmanın vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında müzakirələr aparılmış və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. 




Baxılıb: 740