“Narkomanlığa qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda videokonfrans şəklində görüş keçirilib

   Cari ilin 24 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda onlayn konfrans keçirilmişdir.

    Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru, direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri,  50-dən çox müəllim və tələbə heyəti iştirak edib.

   Videokonfransda çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, ictimai maarifləndirmə tədbirlərinə diqqətin artırılması, narkomanlığa qarşı mübarizədə gənclər və tələbə təşkilatlarının rolu barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 




Baxılıb: 1092