26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar müvafiq tədbirlər təşkil olunacaq

     Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində bir sıra tədbirlər həyata keçiriləcəkdir.

       Belə ki, tədbirlər çərçivəsində müvafiq mətnli SMS bildirişin mobil rabitə operatorları vasitəsi ilə abunəçilərə göndərilməsi, ali və orta ixtisas təhsili müəssisələrində vebinarların təşkil edilməsi, “Narkomanlığa birlikdə yox deyək” şüarının elektron informasiya terminallarında və avtobuslarda olan monitorlarda nümayişi, sosial roliklərin elektron reklam lövhələrində, metro stansiyalarında və o cümlədən televiziya kanallarında nümayiş etdirilməsi, şəhər və rayon komissiyaları tərəfindən vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə videokonfrans şəklində maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.




Baxılıb: 653