Qubadlı rayonu ərazisində 1 ton 700 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

       26 may 2021-ci il tarixdə Qubadlı rayon polis şöbəsinin, Dövlət Sərhəd Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Davudlu kəndi ərazisində 3031 ədəd, ümumi çəkisi 1 ton 700 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1198