“Binəqədi Gənclər Evi”ndə "Sağlam həyat naminə narkotikə yox!” mövzusunda tədbir keçirilmişdir.

        “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə  Dövlət Komissiyasının İşçi Qrupunun və Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24.06.2021-ci il tarixdə Binəqədi rayonunda fəaliyyət göstərən “Binəqədi Gənclər Evi”ndə aidiyyəti dövlət orqanlarının məsul əməkdaşları tərəfindən “Sağlam həyat naminə narkotikə yox” mövzusunda 25 nəfər aktiv  gənclərin iştirakı ilə maarifləndirici tədbir təşkil olunmuşdur.

         Tədbirdən öncə məktəblilərin narkomaniya mövzusunda çəkdikləri rəsmlərə baxış keçirildi.

         Tədbiri giriş sözü ilə Binəqədi  rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova açaraq mövzu ətrafında ətraflı çıxış etdi.

       Sonra tədbirdə iştirak edən,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Milli Qeyri Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Namiq Acalov  mövzu ətrafında çıxış edərək, narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin təşkilində dövlətin rolu, bu sahəni tənzimləyən qanunvericilik bazası, Dövlət Proqramları, İşçi Qrupu və aidiyyəti qurumlar tərəfindən görülən işlər və əldə olunan nəticə barədə iştirakçıları məlumatlandırıldı və onlar tərəfindən ünvanlanan çox saylı suallar cavablandırdı.

    Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümayişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi və tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparıldı

       




Baxılıb: 308