Nizami rayonunda “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində video-konfrans keçirilib.

   26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə videokonfrans şəklində maarifləndirici tədbir keçirilmişdir.

  Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı Bəhman Hüseynov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Nizami Rayon Prokurorunun müavini Günay Məmmədli, Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı əməkdaşı Mənzər Rzayeva, Bakı Texniki Kollecin direktor müavini Mələk Nağiyeva və digər əməkdaşlar çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışmış, məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

    Eyni zamanda video-konfransda Nizami  rayon gənclərin bir qrupu, həmçinin  4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin könüllüləri də iştirak etmişlər.




Baxılıb: 1261