Abşeron rayonunda “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində konfrans keçirilib.

    26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə 24 iyun 2021-il tarixində maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı,Təhsil şöbəsinin müdir müavini, məktəb direktorları, onların təlim-tərbiyyə üzrə müavinləri və psixoloqlar çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışılmış, məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.




Baxılıb: 1173