26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyunun 25-dən etibarən “Bakcell” abunəçilərinə SMS formasında müvafiq mətnli zəruri bildiriş və əlaqə vasitələri göndərilib.
SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) mərhələli qaydada təqribən 2 milyon abunəçiyə ünvanlanıb.