Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində tədbir keçirilib.

    

   “26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25.06.2021-ci il tarixdə Sumqayıt şəhərində fəaliyyət göstərən “Heydər Əliyev Mərkəzində” “Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə sahəsində aparılan  işlərin təhlili” mövzusunda tədbir keçirilmişdir.

    Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının  birinci müavini Teymur Səmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Milli Qeyri Hökümət Təşkilatının Prezidenti Rauf Zeyni, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Rauf Babaşov, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Əlizadə, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Laiqə Hidayətova, Sumqayıt şəhər “Cümə” məscidinin imamı Rauf Sərdarov, Sumqayıt Narkoloji Dispanserinin həkimi Vüsal Cabbarov mövzu ətrafında çıxış edərək, narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin təşkilində dövlətin rolu, bu sahəni tənzimləyən qanunvericilik bazası, Dövlət Proqramları, İşçi Qrupu və aidiyyəti qurumlar tərəfindən görülən işlər və əldə olunan nəticə barədə fikir mübadiləsi aparılmışdır.

 

      Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümayişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi.

     Tədir yerli televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.

 




Baxılıb: 1430