Nəsimi Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Nəsimi rayon Gənclər və İdman İdarəsinin və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş şou-debat keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri, debatçılar və gənclər iştirak edib.
Mövzusu "Gənclərin narkomaniyaya yönəlməsində ailə faktoru əsas rol oynayır" olan şou-debatda təsdiq mövqedən Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin debatçılarından təşkil olunmuş "Debateprime" komandası ilə inkar mövqedən çıxış edən Azərbaycan Universiteti və Azərbaycan Dillər Universitetinin "Həyat var" komandası qarşılaşıb.