Bakının bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarxlar yayımlanır

    26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə cari ilin 24 iyun tarixindən etibarən paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.

    Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi  məqsədi daşıyır.

     Qeyd olunan videoçarxların yayımlanması 1 ay müddətində davam edəcəkdir.




Baxılıb: 950