Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında birgə Tədbirlər Planı imzalanıb

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.23-1-ci yarımbəndininin icrası ilə əlaqədar görülməsi zəruri olan işlər Azərbaycan Milli Antidopinq Agentliyi ilə birgə müzakirə edilmiş və lazimi tədbirlərin həyata keçirilməsi məqsədi ilə cari ilin 11 iyun tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında Tədbirlər Planı imzalanmışdır.

   Tədbirlər Planı çərçivəsində 2021-ci il ərzində Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşlarına narkomanlığa qarşı mübarizə üzrə təlimlərin keçirilməsi, yeniyetmə və gənc idmançılar arasında məlumatlandırma işinin aparılması, mövcud şəraitə uyğun olaraq sosial maarifləndirmə işlərinin təşkili, müxtəlif maarifləndirici materialların hazırlanması və digər profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 




Baxılıb: 933