Azərbaycan Turizm və Menecment Universitetində Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir olub

  30 iyun 2021-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir keçirilib.

  Videokonfansı giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov qeyd etdi ki, ölkəmizdə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daim gündəmdə saxlanılması və hüquq-mühafizə orqanlarından bu sahədəki fəaliyyətlərini dəyərləndirib daha da gücləndirilməsi tələbi Azərbaycanın qətiyyətli mövqeyinin konkret göstəricilərindən biridir. ATMU narkotik vasitələrin ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlətimizin bu sahədəki siyasətini tam dəstəkləyir, siz gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməkdə maraqlıdır.

  Daha sonra Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyinin “Riskin azaldılması” layihəsinin Sumqayıt şəhəri üzrə koordinatoru Emil Maqalov, psixologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Muradzadə çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasının əhəmiyyətindən, narkotik vasitələrin cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxarılmasından danışıldı və mövzuya dair tələbələrin çoxsaylı suallarını cavablandırıldı.




Baxılıb: 1019