“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyunun 26-dan etibarən “Azercell” abunəçilərinə SMS formasında müvafiq mətnli zəruri bildiriş və əlaqə vasitələri göndərilib.

SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) mərhələli qaydada təqribən 4 milyon 450 min aktiv abunəçiyə ünvanlanıb.




Baxılıb: 1059