Samux rayonu ərazisində 387 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

    Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsinin kanal boyu sahibsiz ərazisində 0,35 ha sahədən ümumi çəkisi 387 kq olan, 2297 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilərək müvafiq qaydada məhv edilmişdir.

 

 




Baxılıb: 578