Maarifləndirici videoçarx metro stansiyalarında yayımlanır

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinə müvafiq olaraq, maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı video çarx cari ilin iyul ayından etibarən metro stansiyalarında nümayiş olunur.




Baxılıb: 863