Azərbaycan Dillər Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

   14 iyul 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinintəşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir keçirilib.

  Videokonfansı giriş sözü ilə açan universitetin tərcümə fakultəsinin dekanı Bənövşə Məmmədova ölkəmizdə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətlərini yüksək dəyərləndirib, antinarkotik təbliğat işini dəstəkləyərək gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını bildirmişdir.

   Daha sonra Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasının əhəmiyyətindən, narkotik vasitələrin cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxarılmasından danışıldı və mövzuya dair tələbələrin çoxsaylı suallarını cavablandırıldı.




Baxılıb: 1038