Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

    05 iyun 2021-ci il tarixdə Xocavənd rayon İcra Hakimiyyətinin və Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans keçirilmişdir.   

   “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı, Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri, Rayon Polis şöbəsinin rəisi, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

   Tədbirdə çıxış edənlər tərəfindən qeyd edilmişdir ki, bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsədin yeniyetmə və gəncləri narkotiklərin yaratdığı asılılıq, törətdiyi fəsadlar və insan orqanizminə vurduğu ziyanlar barədə məlumatlandırmaq və narkomaniyanın qarşısının alınması istiqamətində mübarizənin daha da gücləndirilməsidir. Bununla yanaşı bu sahədə aparılan işlərə daim ciddi nəzarət olunmasının vacibliyi bildirilmişdir.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.




Baxılıb: 1261